Netanyahu: Livanı vurmağa davam edəcəyik


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcək.



Netanyahu Hayfa şəhərinin cənubunda PUA hücumunun hədəfi olan Qolani təlim bazasını ziyarət edib.

Burada çıxış edən Baş nazir Netanyahu İsrail ordusunun Livandakı hücumlarını davam etdirəcəyini ifadə edərək, “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində Hizbullaha amansızcasına hücum etməyə davam edəcəyik” vurğulayıb.

Qeyd edək ki, İsrail ordusu dünən Hizbullahın Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda 4 əsgərin öldüyünü, 7-si ağır olmaqla 58 əsgərin yaralandığını açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu