Nigerdə ​​müstəmləkə dövründən qalan küçə və meydanların adları dəyişdirilib


Nigerdə ​​fransız müstəmləkə dövrünə aid küçə və meydanların adları Afrikanın tarixi şəxsiyyətlərinin adları ilə dəyişdirilib.



Gənclər və Mədəniyyət Nazirliyinin verdiyi qərarla paytaxt Niameydə bir çox küçə və meydanların adı dəyişdirilib.

Gənclər və Mədəniyyət naziri Amadou Abdurahaman deyib ki, başda Niamey olmaqla bir çox şəhərlərdə küçə, meydan və bulvarlar müstəmləkəçilik dövründə insanların çəkdiyi ağrı və iztirabları xatırladan adlar daşıyır.

Buna uyğun olaraq, keçmiş Fransa prezidenti "Şarl de Qoll"un adını daşıyan bulvara Nigerin müstəqilliyində mühüm rol oynayan adlardan biri olan Djibo Bakarinin adı verilib.

Həmçinin Niameydə fransız komandiri Parfait-Lui Monteilin daş divara həkk olunmuş portreti çıxarılaraq yerinə Burkina Fasonun əfsanəvi lideri Tomas Sankaranın portreti qoyulub.

“Frankofoniya" meydanının adı da Burkina Faso, Niger və Mali tərəfindən yaradılan “Sahel Dövlətlər Alyansı" olaraq dəyişdirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu