Avropa İttifaqı qeyri-qanuni miqrasiya ilə mübarizədə Seneqala dəstək verəcək


Avropa İttifaqı (Aİ) Avropaya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Seneqala 30 milyon avro dəstək verəcək.



Seneqalın paytaxtı Dakarda jurnalistlərə açıqlama verən AB Komissiyasının beynəlxalq tərəfdaşlıqdan məsul üzvü Jutta Urpilaynen Seneqal hökumətinin tələbi ilə AB-nin bu ölkədən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün 30 milyon avroluq dəstək paketini təsdiq etdiyini açıqlayıb.

Urpilaynen bəyan edib ki, paket Seneqal hakimiyyətinin immiqrantlara kömək etmək və insan alveri ilə mübarizə imkanlarını gücləndirmək üçün istifadə olunacaq.

Aİ hal-hazırda Seneqalın qeyri-qanuni miqrasiya ilə mübarizəsinə töhfə vermək üçün 5,75 milyon avroluq layihəni maliyyələşdirir.

Atlantik okeanı sahilində yerləşən Seneqal Avropanın Afrikaya ən yaxın ərazisi olan İspaniyanın Kanar adalarına qeyri-qanuni yollarla keçmək istəyənlərin əsas çıxış nöqtələrindən biridir.

Seneqallılardan başqa qonşu ölkələrdən gələn mühacirlər də müvəqqəti balıqçı qayıqları ilə Kanar adalarına çatmağa çalışırlar.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu