ABŞ qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Panama ilə müqavilə imzalayıb


ABŞ Mərkəzi Amerika ölkəsi Panama ilə ölkə ərazisindən qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün müqavilə imzalayıb.



Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatsonun verdiyi açıqlamada, ABŞ-ın Panamada qalmaq üçün qanuni əsası olmayan immiqrantların sürətli, təhlükəsiz və humanist şəkildə vətənə qaytarılması istiqamətindəki səylərini dəstəkləyəcəyini bildirib.

Bu kontekstdə Vatson ABŞ-ın qeyri-qanuni mühacir problemini həll etmək üçün Panama ilə anlaşma memorandumu imzaladığını vurğulayıb.

Panamada yaşamaq icazəsi olmayanların ölkələrinə qaytarılacağını vurğulayan Vatson, “Bu insanları mənşə ölkələrinə geri göndərməklə, bölgədə və cənub sərhədimizdə qeyri-qanuni miqrasiyanın qarşısını almağa kömək edəcəyik" deyib.

ABŞ-a tranzit marşrut olaraq görülən Panamaya qeyri-müntəzəm miqrasiya axını cənub-qərbdə Kolumbiya sərhədində yerləşən Darien Gap vasitəsilə baş verir.

2023-cü ildə Darien Gapdan 520 mindən çox qeyri-qanuni immiqrant keçib.

Meşələr, bataqlıqlar və dağlarla örtülü vəhşi təbiəti mühafizə zonası olan Darien Gap immiqrantlar üçün çox təhlükəli marşrut kimi tanınır.

Keçən il 520 mindən çox qeyri-qanuni mühacir, o cümlədən 120 mini uşaq, Mərkəzi Amerika ölkəsi Panamanın cənub-qərbində Kolumbiya sərhəddində yerləşən 266 kilometrlik Darien Gapdan Meksikaya, sonra isə ABŞ-a keçid yolu kimi istifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu