2024-cü ilin ən böyük və ən parlaq super ayı nə vaxt və harada izlənilə bilər?


2024-cü ilin ən böyük və ən parlaq super ayı bu həftə səmada yüksələcək. NASA bildirib ki, ay çərşənbə axşamı axşamdan cümə səhərinə kimi tam ay kimi görünəcək.



Bürclərdən və meteor yağışlarından fərqli olaraq, super ay dünyanın demək olar ki, hər yerindən asanlıqla görünəcək.

Çemberlin rəsədxanasının direktoru Cenifer L. Hofman verdiyi açıqlamada "Şəhərdə yaşasanız belə, bunu müşahidə etmək olduqca asandır. Sizə heç bir xüsusi avadanlıq lazım deyil" deyib.

Super ay termini tam və ya yeni ayın ayın yerə ən yaxın olduğu vaxta təsadüf etməsi deməkdir. Buna perigee deyilir.

Təbiət hadisəsi bu çərşənbə axşamı başlayacaq və ayın normaldan təxminən 14 faiz daha parlaq görünməsinə səbəb olacaq.

Mənbə: Bussines Insider



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu