Kanada Ukraynaya 47 milyon dollar hərbi yardım ayırıb


Kanada Kiyevə 47 milyon ABŞ dolları dəyərində hərbi yardım etməyi planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyr məlumat verib.

"Bu gün elan edilən hərbi yardım Ukraynanı müdafiə üçün lazım olan mühüm resurslarla təmin edəcək", - deyə o bildirib. Nazirin sözlərinə görə, ayrılan vəsait odlu silah, mərmi və qoruyucu vasitələrin alınmasına, həmçinin ukraynalı döyüşçülərin təliminə sərf olunacaq.

Bu vəsait Kanadanın baş naziri Castin Trüdonun iyulda ayırmağa söz verdiyi 362 milyon dollar məbləğində yardım paketinə daxildir.

Ümumilikdə, 2022-ci ilin fevralından Kanada Kiyevə 3,26 milyard dollar dəyərində hərbi yardım edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu