Sağ qalmaq üçün ayağını kəsən robot istehsal edilib
ABŞ-ın Yale Universitetinin bir qrup tədqiqatçısı özünü xilas etmək üçün ayağını kəsən robot yaradıb.
Tıxac vəziyyətlərində əzalarını itirməsinə baxmayaraq, robot öz missiyasını davam etdirə bilir və təhlükəli şəraitdə axtarış-xilasetmə işlərinə kömək edir.
Robot texnologiyasındakı sürətli inkişaflar çox vaxt alimlərin heyvanların bacarıqlarından ilham almasına səbəb olur. Xüsusilə yumşaq robotlar çeviklik tələb edən vəzifələri yerinə yetirməkdə metal və plastikdən hazırlanmış sərt analoqlarına nisbətən böyük üstünlüklər təklif edir. Beləcə, təbiətdən ilhamlanan Universitetin Faboratoriya laboratoriyasında çalışan tədqiqatçılar ilişib qalanda öz üzvlərini amputasiya edə bilən robot hazırlayıblar. Bu ixtira təhlükə anında quyruğunu geridə qoyan kərtənkələlərdən nümunələnib. "Advanced Materials" jurnalında dərc edilən araşdırmada robotun kəsilmiş üzvü sonradan yenidən birləşdirilə bilər.
Homeomorfik termoplastik köpük (BTF) və yapışqan polimer adlanan yeni materialla istehsal edilən birləşmələr elektrik cərəyanı tətbiq edilərək əridilə və ayrıla və sonra yenidən yığıla bilər.
Araşdırmaya rəhbərlik edən Bilige Yang robotun çətin şəraitdə yoluna davam edə biləcəyini və fərqli formalar ala biləcəyini bildirir. "Biz robotun funksionallığını istəyə görə tənzimləyə bilərik" - deyə Yang vurğulayıb.
O, əzalarını geridə qoya bilən bir robotun axtarış-xilasetmə səylərində və təhlükəli əraziyə malik planetlərdə faydalı olacağını düşünür.
Yang və komandası hazırda quru tısbağalarının yuvarlaq ayaqları və dəniz tısbağalarının çevik ayaqları kimi xüsusiyyətlərə malik robot tısbağalar üzərində də işləyirlər.