ABŞ-da robot polis fəaliyyətə başlayıb


ABŞ-ın Atlanta şəhərində robot polis fəaliyyətə başlayıb.



Georgia əylətindəki şəhəri artan cinayət halları fonunda ictimai asayişi təmin etmək üçün avtonom müşahidə robotu istifadəyə verib.

Atlanta Polis İdarəsi son 7 ayda şəhərin Old Fourth Ward rayonunda 34 ağır cinayətin törədildiyini açıqlayıb.

Cinayət nisbətlərinin artması ilə əlaqədar olaraq Knightscope şirkətinin istehsal etdiyi müşahidə robotu rayonun küçələrində patrul xidmətinə başlayıb. Bu robot ictimai yerlərdə qeyri-adi vəziyyətləri aşkar edir və bu barədə səlahiyyətli orqanlara məlumat verir.

Polisin yükünü yüngülləşdirməsi gözlənilən robot insan müdaxiləsinə ehtiyac olmadan öz vəzifələrini yerinə yetirə bilir.

Mənbə: Independent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu