"Apple"ın növbəti layihəsi - Xidmətçi


"Apple"ın gələcək layihəsi avtonom robot xidmətçi ola bilər. Şəxsi robot texnologiyasına doğru addımları araşdıran qruplar artıq işlərinə başlayıblar.



"Bloomberg"də yer alan xəbərə görə, “Apple” ağıllı avtomobil layihəsi dayandırıldıqdan sonra resurslarını yeni bir layihəyə yönləndirib.

Layihə evdə mobil fərdi robot yaratmaq məqsədi daşıyır.

Tədqiqatlar hələ ilkin mərhələdə olsa da, "Apple" yeni gəlir mənbələri tapmaq üçün artan təzyiq altındadır.

"Bloomberg"ə görə, təklif olunan robot evdə istifadə üçündür və istifadəçilərini izləyə bilir.

Məlumata görə, "Apple" mühəndisləri robotun otaqlarda naviqasiyasına kömək etmək üçün süni intellekt modellərindən istifadə etməyi düşünürlər.

Ehtimal ki, bu, ətrafdakı dünyanı görmək üçün kameralara və ya digər bort sensorlarına ehtiyac duyacağı deməkdir.

"Bloomberg"ə danışan mənbələr bildirirlər ki, "Apple" mühəndisləri qabların təmizlənməsi və yuyulması kimi gündəlik işləri yerinə yetirə bilən tam avtonom robotla maraqlanır.

Bununla belə, bunun yaxın müddətdə baş verməsinin mümkünlüyü texniki cəhətdən çətin olaraq qalır.

Bildirilir ki, "Apple" həmçinin robotun mobil video konfrans vasitəsi kimi funksiyasına sahib olmaqda maraqlıdır.

Apple robotu ilə bağlı çoxlu cavabsız suallar da yaranıb.

Məsələn, onun Amazonun Astro ev robotu kimi təkərlər üzərində yuvarlanacağı, yoxsa daha çox insana bənzər ikiayaqlı robotların artan tendensiyasını izləyəcəyi bəlli deyil.

Onun missiyalarını necə yerinə yetirəcəyi və neçəyə başa gələcəyi də sual altındadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu