ABŞ-ın Nyu-Meksiko ştatında daşqın nəticəsində 2 nəfər ölüb


ABŞ-ın Nyu-Meksiko ştatında güclü yağışların yaratdığı daşqın nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib, 300-ə yaxın insan xilas edilib.


Bu barədə Nyu Meksiko əyalət polisi məlumat verib.

Nyu Meksiko Milli Qvardiyasından verilən açıqlamada sel səbəbiylə maşınlarında sıxışan 290 nəfərin axtarış-xilasetmə qrupları tərəfindən xilas edildiyi bildirilib. Xilas edilənlərdən 38-nin xəstəxanaya yerləşdirildiyi, xilasetmə işlərinin davam etdiyi bildirilib.

ABŞ Milli Meteoroloji Xidməti (NWS) Nyu-Meksiko ştatının mərkəzi və şərqində həftə ərzində davam edəcəyi proqnozlaşdırılan güclü yağışın səbəb olduğu daşqınlar barədə ictimaiyyətə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu