Kriptovalyuta bazarında ABŞ seçkiləri havası


Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, kriptovalyuta bazarı namizədlərin bu mövzudakı diskursuna köklənib.

Kriptovalyutalarda dalğalanma tendensiyası davam edir. Sentyabrda bazarın ümumi dəyəri 2 trilyon dolların altına düşərkən, oktyabrın sonunda yenidən 2,4 trilyon dollara çatıb.

Bu qiymətləşmədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimləri və bu ölkədəki seçki prosesi təsirli olub.

ABŞ-da Donald Tramp və Kamala Harris arasında davam edən yarışda 7 ştatının səsləri seçkidə həlledici olacaq. Ölkədə ictimaiyyətlə paylaşılan son sorğularda Trampın bu ştatlarda az fərqlə irəlidə olması kriptovalyuta bazarında da özünü göstərib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu