Nigeriyada Nazirlər Kabinetində dəyişiklik edilib


Nigeriya prezidenti Bola Əhməd Tinubu kabinetdə dəyişiklik edib.



AFN.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Bu çərçivədə keçən ay 5 naziri vəzifəsindən azad edən Tinubu kabinetə 7 yeni nazir təyin edib.

Tinubu andiçmə mərasimindən sonra verdiyi açıqlamada ölkə iqtisadiyyatında canlanmanın yaxın olduğunu bildirib.

Ölkə iqtisadiyyatını yaxşılaşdırmaq üçün işlərini davam etdirdiyini qeyd edən Tinubu yeni nazirlərin məhz bu səbəbdən təyin edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu