ECOWAS humanitar yardım və terrorla mübarizə üçün bir ildə 14 milyon dollar ayırıb


Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) regionda humanitar yardım səylərini dəstəkləmək və terrorizmlə mübarizə üçün bir ildə 14 milyon dollar ayırdığını açıqlayıb.



Nigeriya Prezidenti Bola Əhməd Tinubunun xüsusi müşaviri Ajuri Ngelalenin verdiyi açıqlamaya görə, Tinubu Qananın paytaxtı Akkrada keçirilən “6-cı Afrika İttifaqının İl Ortası Koordinasiya Yığıncağı”na qatılıb.

Nigeriya Prezidenti və ECOWAS-ın Dövr Başçısı Tinubu yığıncaqdakı çıxışında ECOWAS-ın regionda humanitar yardım səylərini və terrorla mübarizəni dəstəkləmək üçün bir ildə 14 milyon dollar ayırdığını bildirib.

Tinubu qeyd edib ki, ECOWAS 2,6 milyard dollarlıq Ehtiyat Qüvvələri üçün digər maliyyələşdirmə variantlarını da nəzərdən keçirir.

Birliyin bəzi üzv dövlətlərin çıxma qərarı, terrorizm, qida təhlükəsizliyi və iqlim dəyişikliyi kimi bir çox təhlükə ilə üzləşdiyinə diqqət çəkən Tinubu, "ECOWAS birliyi qorumaq üçün Burkina Faso, Mali və Niger ilə dialoqunu davam etdirəcək, birliyin gələcəyi ilə bağlı “Fövqəladə Xüsusi Zirvə Toplantısı” keçirəcəyini” vurğulayıb.

Sammitin tarixini açıqlamayan Tinubu qeyd edib ki, liderlər ECOWAS-dan çıxmağa qərar verən Niger, Mali və Burkina Faso ilə davam edən danışıqları müzakirə edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu