Bitkoin Trampın seçkilərdə qalib gələ biləcəyi gözləntiləri ilə rekord qırıb
ABŞ prezident seçkilərində səslərin sayılması davam edərkən, Respublikaçı namizəd Donald Trampın qalib gələ biləcəyi gözləntiləri ilə bitkoinin qiyməti 75 min dolları keçərək rekord qırıb.
Associated Press (AP) tərəfindən dərc edilən qeyri-rəsmi məlumatlara görə, İndiana, Kentukki, Qərbi Virciniya, Florida, Tennessi, Cənubi Karolina, Oklahoma, Missisipi, Alabama, Arkanzas, Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Luiziana, Ohayo, Texas, Missuri, Vermont, Konnektikut, Massaçusets, Merilend, Rod-Aylend, Nyu-Cersi, Delaver, İllinoys və Nyu-York ştatlarında nəticələr açıqlanıb.
Müvafiq olaraq, ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 50 ştatdan 27-də 204, rəqibi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris isə 112 nümayəndənin qalibi olub.
Səslərin sayılması davam edərkən, Trampın seçkidə üstünlüyü əldə edəcəyi gözləntiləri ilə bitkoinin bahalaşması diqqət çəkib.
"Coinmarketcap"ın məlumatlarına görə, kriptovalyutanın qiyməti 75 min 11 dollarla rekord qıraraq Bakı vaxtı ilə saat 07.30-da 73 min 886 dollardan alınıb.
Digər tərəfdən, ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 15 bənd artaraq yüzdə 4,44 olub. Dollar indeksi 1,5 faiz artaraq 10,95 olub.
Mənbə: AA