Zaqatalada bir həftədə ikinci körpə ölümü
Zaqatalada daha bir yeni doğulan körpə ölüb.
Hadisə ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Ötən gecə yeni doğulan cinsi oğlan olan körpə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.
Xatırladaq ki, bu, bir həftə ərzində rayonda ikinci yeni doğulan körpə ölümüdür. Noyabrın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınmışdı. Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxsin doğuşu baş tutsa da, 3500 qr çəkidə ölü döl doğulub.