NASA yüklərin kosmik stansiyaya çatdırılması üçün müqavilələrin müddətini uzadıb
NASA Beynəlxalq Kosmik Stansiyaya yük tədarükü ilə bağlı müqaviləsini 2030-cu ilə qədər uzadıb.
AFN.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
Kommersiya Təchizat Xidmətləri müqaviləsi üç şirkət - "Northrop Grumman", "Sierra Space" və "SpaceX ilə uzadılıb. Onların əvvəllər bağlanmış müqavilələri 2026-cı ildə başa çatır.
Nəşrin məlumatına görə, müqavilələrə uyğun olaraq, Amerika kosmik agentliyi "Northrop Grumman"a 2,7 milyard dollar, "Sierra Space"ə 1,4 milyard dollar və "SpaceX"-ə 2,8 milyard dollar, ümumilikdə 6,9 milyard dollar ödəməyi öhdəsinə götürüb.