Amerika Hava Yollarına məxsus təyyarə Haitidə vurulub
Haitidə "American Spirit Airlines" təyyarəsi vurulub.
"Miami Herald"ın xəbərinə görə, təyyarə noyabrın 11-də Port-o-Prensə enməyə cəhd edib və atəşə tutulub. Ən azı bir nəfər güllə ilə yaralanıb.
Təyyarə Dominikan Respublikasına yönləndirilib. Port-o-Prins hava limanının rəhbərliyi uçuşların dayandırılması barədə göstəriş verib. Nəşr atəşin arxasında kimin olduğunu dəqiqləşdirməyib.