Quşun təyyarəyə dəyməsi mühərrikdə yanğına səbəb olub


Romadan Çinə uçan Hainan Hava Yollarına məxsus təyyarənin üzərinə quşun düşməsi mühərrikdə yanğına səbəb olub. 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarədə panika yaranıb.



Romadan qalxaraq Çinə doğru hərəkət edən 249 sərnişin və 16 ekipaj üzvü olan təyyarəyə quş dəyib. Havaya qalxdıqdan qısa müddət sonra baş verən xoşagəlməz hadisədən sonra təyyarənin mühərriki yanıb.

Pilotlar təhlükəsizlik protokollarına əməl edərək dəniz üzərində yanacağı boşaldıb, sonra isə havaya qalxdıqları Romadakı Fiumicino hava limanına qayıdıblar.

İtaliya rəsmilərinin açıqlamasına görə, fövqəladə eniş uğurla həyata keçirilib və hava limanının hərəkətinə heç bir maneə yaratmayıb. Təyyarə texniki ekspertizaya aparılıb.

Aviasiya mütəxəssisləri bildiriblər ki, quşların zərbələri, xüsusən də mühərriklərə dəysə, ciddi təhlükələr yarana bilər.

Mənbə: CBS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu