Avropa İttifaqında casus həyəcanı
Belçikanın paytaxtı Brüsselin Avropa Birliyi (AB) bürokratlarını hədəf almağa çalışan xarici kəşfiyyat agentləri ilə dolu olduğu bildirilir. Avropa Komissiyası əməkdaşlarına casuslardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Aİ administrasiyası bəyan edib ki, Brüssel dünyanın ən böyük casusluq mərkəzlərindən biridir.
Avropa Komissiyası öz işçilərinə xəbərdarlıq edib ki, Brüssel casuslarla doludur.
Avropa Komissiyasının rəsmiləri AB administrasiyasının sirlərini oğurlamaq istəyən casusların təhdidinin real olduğunu bildirən elektron məktub alıblar.
Xəbərdarlıqda Brüsselin dünyanın ən böyük casusluq mərkəzlərindən biri olduğu və yüzlərlə aktiv kəşfiyyat agentinin qurumu hədəf aldığı qeyd edilib.
Belçika təhlükəsizlik rəsmilərinin hesablamalarına görə, bəzi səfirliklərdəki diplomatların 10-20 faizi kəşfiyyatçıdır. Brüsseldə çalışan çinli jurnalistlərin beşdə biri kəşfiyyatçı olmaqda şübhəli bilinir.
Qeyd edək ki, Aİ-nin diplomatik xidməti 2019-cu ildə öz işçilərinə Rusiya və Çin casusluğu təhlükəsi barədə xəbərdarlıq edib.
Pekindən və Moskvadan olan yüzlərlə casusun Belçikanın paytaxtında olduğu və yaxınlıqdakı bar və restoranlarda söhbətləri dinlədiyi bildirilib.
Mənbə: Politico