Türkiyə Hersoqun təyyarəsinə icazə vermədiyini təsdiqlədi
Türkiyə İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini təsdiqləyib.
Bu barədə məlumatı yüksəkvəzifəli rəsmi şəxslərə istinadən “Hürriyet” yayıb.
Bildirilib ki, İsrail qurumları Bakıda keçirilən COP29 iqlim sammitində iştirakı planlaşdırılan Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi ilə bağlı ölkəyə müraciət edib.
Bununla belə, İsrailin bu müraciəti Türkiyə tərəfindən rədd edilib.
Xatırladaq ki, ilk olaraq İsrail mediasında Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik baxımından təxirə salındığı barədə məlumat yayılıb.
Daha sonra isə, Caliber.az İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbin tamam başqa müstəvidə olduğunu yazıb. Belə ki, buna səbəbin Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyması olduğu məlum olub.
Qafqazinfo