İranın bəzi bölgələrində yağıntılar 50-80 faiz azalıb
İranın Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bahtiari və Lorestan əyalətlərində yağıntıların miqdarı təxminən 50-80 faiz azalıb.
"Tesnim" xəbər agentliyinin məlumatına görə, İranın Energetika Nazirliyinə bağlı Su Ehtiyatları İdarəetmə Şirkəti mövzu ilə bağlı son hesabatında ölkə daxilində yağıntı vəziyyətini qiymətləndirib.
Payız yağışlarının başladığı 20 sentyabr-15 noyabr dövrünü əhatə edən hesabatda Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bəhtiari və Lorestan əyalətlərində yağıntının nisbəti 52 faizdən 78 faizə enib.
Azalma tempi Şərqi Azərbaycan, İylam və Ərdəbil vilayətlərində 27-47 faiz, Əl-Borz, Buşəhr və Qərbi Azərbaycan vilayətlərində 18-25 faiz, Kirman və Zəncanda isə təxminən 5-7 faiz arasında olub.
Səlahiyyətlilər yağıntıların dəyişməsinin su ehtiyatlarına və kənd təsərrüfatına təsirlərinə diqqət çəkərək, əhalini planlı su idarəçiliyinə çağırıblar.