Sudanda 61 mindən çox insan müharibə qurbanıdır
2023-cü ilin aprelində Sudanda müharibə başlayandan bəri 61 mindən çox insan həlak olub.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bura zorakılıq nəticəsində ölən təxminən 26,000 insan da daxildir.
BMT-nin hesabatlarında bildirilir ki, münaqişə 11 milyon insanı evlərindən didərgin salıb və dünyanın ən pis aclıq böhranına səbəb olub. Təxminən 25 milyon insanın - Sudan əhalisinin yarısının yardıma ehtiyacı var.
Hətta sülh dövründə belə, Sudanda bir çox ölüm halları qeydə alınmır. Döyüşlər şiddətləndikcə insanlar ölüm hallarının qeydə alındığı yerlərdən uzaqlaşıblar.
Daimi rabitə fasilələri milyonlarla insanı xarici dünya ilə əlaqə saxlamaq imkanından məhrum edib.