Mafiya liderinin oğlu yanmış avtomobildə ölü tapılıb
Mafiya münaqişələrinin yenidən başlayacağı qorxusu İtaliyanı bürüyüb. İtkin düşdüyü iddia edilən mafiya liderinin oğlu Antonio Strangio yanmış avtomobildə ölü tapılıb. Polis cəsədin şəxsiyyətinin müəyyən edilməsi işlərinin davam etdiyini bildirib. “Barbarlar” adlanan ailə Strangionun nekroloqunu dərc edib.
Dünyanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biri kimi tanınan “Ndrangheta” ailəsinin İtaliyada yenidən kriminal müharibəyə başlama ehtimalı yerli xalqı qorxuya salıb.
“Barbarlar” adlı mafiya ailəsinin liderinin oğlu Antonio Strangio bir müddətdir itkin düşmüşdü və axtarışda idi. İddialara görə, Strangio yanmış avtomobildə ölü tapılıb.
İtalyan polisi "Ndrangheta" ailəsinin oğullarına aid olduğunu iddia etdiyi yanmış avtomobildə yanmış sümüklər, boyunbağı və dişlər tapıb.
İtaliya polisi qalıqların kimə aid olduğunu müəyyən etmək üçün araşdırmalara başlayıb. Bunun Strangionun qalıqları olduğunu iddia edən ailə onun nekroloqunu dərc edib.
Yayımlanan elanda “Strangio və Scalia ailələri olaraq hər kəsə təşəkkür edirik. Bununla belə, nəzərinizə çatdırırıq ki, başsağlığı üçün ziyarətçiləri qəbul etməyəcəyik” ifadələri qeyd edilib.
Son on ildə polisin himayəsi altında yaşayan italyan jurnalist Mişel Albanese xəbərdarlıq edib ki, Strangio öldürülərsə, İtaliya yenidən “cəhənnəmə” qayıda bilər.
Albanese bildirib ki, bu ailələr "Ndrangheta" ailəsinin başında duran ailələrdir. O qeyd edib ki, bu səbəbdən ictimaiyyət arasında narahatlıq var: "Onun ölümünün sirri hələ açılmayıb, amma ən azından cəmiyyət yenidən qorxuya sürüklənib".
Albanese həmçinin İtaliyanın bəzi yerlərində kriminal davanın onilliklərdir davam etdiyini də vurğulayıb.
Mənbə: Metro