NATO-dan Ukraynaya dəstək mesajı


NATO səfirləri Rusiyanın qeyri-nüvə hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi buraxmasından sonra toplaşıb və alyansın Kiyevə dəstəyini bir daha bəyan ediblər.



NATO-dan verilən açıqlamaya görə, NATO-Ukrayna Şurası Rusiyanın nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş ballistik raketi atmasından sonra Brüsseldə səfirlər səviyyəsində toplanıb.

Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri şuraya videokonfrans vasitəsilə qoşulub və NATO səfirlərini ölkədəki təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıblar.

İclasda müttəfiqlərin Ukraynaya dəstəyinin bir daha vurğulandığı, Ukraynanın Dnepr şəhərini hədəf alan hücumun Ukraynada mülki əhaliyə qarşı terror olduğu və Rusiyanın qeyri-qanuni hücumlarına qarşı Ukraynanı müdafiə edənləri qorxutmaq məqsədi daşıdığı bildirilib.

Bəyanatda Rusiyanın hərəkətinin nə münaqişənin gedişatını dəyişməyəcəyi, nə də NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirə bilməyəcəyi qiymətləndirməsi də yer alıb.

Növbəti NATO-Ukrayna Şurası dekabrın 3-4-də NATO Xarici İşlər Nazirlərinin toplantısı zamanı keçiriləcək.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu