Stoltenberq və Blinken Ukraynanı müzakirə ediblər


NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində Ukraynanın mümkün NATO üzvlüyünü müzakirə ediblər.



Vaşinqtonda NATO Sammiti çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinken arasında ikitərəfli görüş keçirilib.

Görüşdən əvvəl mətbuata açıqlama verən Stoltenberq Rusiyanın son hücumlarına diqqət çəkib.

Rusiyanın uşaq xəstəxanasını hədəf aldığını və çox sayda uşağın öldüyünü bildirən Stoltenberq, "Bu hücumlar Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin vəhşiliyini ortaya qoyur və bizim Ukraynaya niyə dəstək verməli olduğumuzu göstərir" deyib.

ABŞ Dövlət Departamentinin Stoltenberq və Blinken arasındakı görüşlə bağlı verdiyi açıqlamada, ikisinin ortaq müdafiəyə sərmayə qoyuluşu və alyansın təhdidlərə qarşı özünü necə qoruyacağı ilə bağlı müzakirələr aparıldığı qeyd edilib.

Açıqlamada Stoltenberq və Blinkenin yükün bölüşdürülməsi ilə bağlı əldə edilən irəliləyişi alqışladığı bildirilib.

İkilinin iyulun 11-də rəhbərlik səviyyəsində toplanacaq NATO-Ukrayna Şurasını da müzakirə etdiyi və Ukraynanın NATO-ya üzvlüyü üçün körpünün qurulacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu