Borrell Aİ-nin Ukraynaya keçmişdəki kimi kömək edəcəyinə şübhə edir


Avropa İttifaqı diplomatiyasının səlahiyyət müddəti başa çatan rəhbəri Cozef Borrell şübhə edir ki, Aİ-yə üzv dövlətlər Rusiyanın 2022-ci ilin fevralında hərbi əməliyyata başlamasından dərhal sonra etdikləri kimi Ukraynaya kömək etməyə razılaşacaqlar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki. o, bu barədə Brüsseldə keçirilən geosiyasət forumunda bildirib.

Borrell qeyd edib ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan bir neçə saat sonra Aİ-yə üzv olan bütün ölkələr Kiyevə yardım göstərməyə razılaşmışdı. “Bu gün cavab fərqli olardı, çünki ən azı iki Aİ ölkəsi Ukraynanı silahlandırmaq siyasətindən imtina edib, çünki onlar bunun yanlış siyasət olduğuna inanırlar" - deyə diplomat vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu