Google Kanadada məhkəməyə verilib
Kanadanın Rəqabət Bürosu texnologiya nəhəngi Google-un sahibi "Alphabet"i onlayn reklamdan sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildrilib.
"Rəqabət Bürosu Kanadada onlayn reklam texnologiyası xidmətləri sənayesində rəqabətə zidd davranışa görə Google-a qarşı iddia qaldırır. Hərtərəfli araşdırmadan sonra Büro şirkətin davranışını düzəltmək üçün Rəqabət Məhkəməsinə müraciət edib. Şirkətin kanadalıların maraqlarına uyğun olaraq davranışını düzəltməyə çalışacağına inanırıq”, - deyə açıqlamada qeyd olunur.
Aparılan ilkin araşdırmadan sonra tənzimləyici müəyyən edib ki, internetin Kanada seqmentində ən böyük reklam xidmətləri təminatçısı olan Google hakimiyyət mövqeyindən sui-istifadə edir və bu, digər bazar iştirakçılarının rəqabət imkanlarını məhdudlaşdırır".