ABŞ və ərəb şirkətləri Ukraynanın kənd təsərrüfatı torpaqlarını alır - AP üzvü
“Bir neçə həyəcanverici hesabata görə, əsasən Amerika, həmçinin Səudiyyə Ərəbistanının aqrobiznes və investisiya şirkətləri Ukraynanın kənd təsərrüfatı torpaqlarını kütləvi şəkildə alırlar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) polşalı üzvü Barbara Bonte bildirib. Onun sözlərinə görə, məsələn, "Cargill", ADM, "Blackrock", "Oaktree Capital Management" və "Bunge Limited" şirkətlərinin Ukraynanın kənd təsərrüfatı torpaqlarının əksəriyyətinə nəzarəti ələ keçirdikləri bildirilir.
Barbara Bonte bildirib ki, məqsəd Amerikanın bu sektora nəzarətini bərqərar etməkdir. Deputat Avropa Komissiyasına ABŞ-ın Ukraynanın işlərinə qarışmasının qarşısını necə almaq niyyətində olduğuna dair sual ünvanlayıb.
“Avropa Komissiyası Avropa əkinçilik torpaqlarının yalnız ABŞ-ın maraqlarına xidmət edən transmilli korporasiyalara bu satışının Aİ-nin ərzaq təchizatından strateji asılılığına təsirini necə qiymətləndirir? Avropa Komissiyası bu təsirlə necə mübarizə aparmaq niyyətindədir?" – deyə o, soruşub.