Ukrayna beş ölkədən enerji yardımı istəyib


Elektrik enerjisi çatışmazlığı səbəbindən Ukrayna resursun idxalı üçün beş ölkədən yardım istəyib.



Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

"Polşa, Slovakiya, Rumıniya, Macarıstan və Moldovadan idxal proqnozlaşdırılır", - Ukrayna departamentinin saytında deyilir.

Müəyyən edilib ki, elektrik enerjisi idxalının həcmi 11 747 MVt/saat, gücü 1 165 MVt təşkil edəcək.

Energetika Nazirliyi həmçinin istehlakçıları resurslardan səmərəli və qənaətlə istifadə etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu