Fransa müxalifəti Makronun istefa verməsində israrlıdır
![](/uploads/posts/2024-12/macron-reu-2007760_1.jpg)
Fransada etimadsızlıq təklifi qəbul edərək hökuməti devirən müxalifət, ölkədəki siyasi böhrana görə məsuliyyət daşıyan prezident Emmanuel Makronun istefasını tələb etməkdə davam edir.
Qeyd edək ki, Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər ölkə lideri olaraq qalmağı planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, Fransada solçu alyans Yeni Xalq Cəbhəsi (NFP) və ifrat sağçı Milli Mitinq (MN) partiyası və onların tərəfdarlarının hökumətə qarşı təqdim etdiyi iki fərqli etimadsızlıq təklifi Milli Məclisin Baş Assambleyasında keçirilən səsvermədə 331 deputat tərəfindən dəstəklənib.
Bununla da etimad səsi ala bilməyən baş nazir Mişel Barnierin sağ mərkəzçi azlıq hökuməti 3 aylıq vəzifəsindən sonra dağılıb.