Liviyanın qərbində leysan yağışların səbəb olduğu daşqınlarda 2 nəfər itkin düşüb


Liviyanın qərbindəki Beni Vəlid şəhərində güclü yağışın yaratdığı sel sularında İlk Yardım və Təcili Yardım Xidmətinin iki əməkdaşının itdiyi bildirilib.



Liviya İlk Yardım və Təcili Yardım Xidmətindən verilən açıqlamada xidmətin iki əməkdaşının xilasetmə işlərində iştirak etmək üçün Beni Valid şəhərindən Terhune şəhərinə yola düşdüyü bildirilib.

Beni Valid və Terhune şəhəri arasındakı vadidə xidmətin iki əməkdaşının sel suları nəticəsində itdiyi qeyd edilib.

Şiddətli yağışın səbəb olduğu sel və gölməçələr xüsusilə paytaxt Tripoli və Misrata, Terhune, Zliten və Beni Valid şəhərlərində həyata mənfi təsir etməkdə davam edir.

Tripolinin müxtəlif yerlərində gölməçələr səbəbindən bəzi yollar nəqliyyata bağlanıb. Yolda qalan avtomobilləri su basıb.

Tripoli Universiteti əlverişsiz hava şəraiti səbəbindən təhsilin dayandırıldığını açıqlayıb.

Qeyd edilib ki, Terhune Dövlət Xəstəxanası sel suları səbəbindən xidmətdən çıxıb və xəstəxananın yenidən istifadəyə verilməsi üçün işlər davam etdirilir.

Terhunedə bir çox evin zirzəmisinin su altında qaldığı, İlk Yardım və Təcili Yardım Xidməti qruplarının qapalı qalanları xilas etmək üçün işlərini davam etdirdiyi bildirilib.

Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada Ras Cedirdən (Tunis sərhədi) Misrataya qədər uzanan bölgədə küləyin sürətinin 60 kilometrə çata biləcəyi xəbərdarlığı edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu