Əsədə sığınacaq verilməsi qərarını ancaq Putin verə bilərdi - Peskov


Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və onun ailəsinə Rusiya Federasiyasında sığınacaq verilməsi barədə qərarı yalnız Rusiya prezidenti Vladimir Putin verə bilərdi.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sığınacaq verilməsi faktını şərh etmədən deyib.

“Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Onun qərarıdır. Ancaq bu halda sizə deyəcək heç bir sözüm yoxdur”, – deyə Peskov bildirib.

Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, bununla bağlı heç bir rəsmi açıqlama da yoxdur.

O, Əsədin harada olması ilə bağlı suala da dəqiq cavab verməyib. Putinlə Suriyanın keçmiş prezidenti arasında təmasların mümkünlüyünə gəlincə, Peskovun sözlərinə görə, prezidentin rəsmi cədvəlində belə görüş yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu