"Elfsborq" - "Qarabağ" oyununu o idarə edəcək


İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri müəyyənləşib.


Qarşılaşma Portuqaliyadan olan hakimlərə həvalə edilib.

FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.

"Report"un məlumatına görə, Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa təyinat alıb. 36 yaşlı referi 2019-cu ildə yığmanın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub.

Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan A.Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib.

UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, Millətlər Liqasında 1 oyun həvalə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu