Rusiya: Ukrayna Rusiya hərbi hava limanına ATACMS raketləri ilə hücum edib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisində yerləşən Rostov vilayətindəki hərbi hava limanına Amerika istehsalı olan uzun mənzilli Quru Taktik Raket Sistemləri (ATACMS) raketləri ilə hücum etdiyini və bununla bağlı lazımi addımların atılacağını bildirib.



Nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun bu gün səhər saatlarında Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi hava limanına Qərb istehsalı olan yüksək dəqiqlikli silahla hücum təşkil etdiyi bildirilib.

Araşdırmalar nəticəsində hücumda 6 ədəd ATACMS raketindən istifadə edildiyi müəyyən edilib. Raketlərdən 2-sinin Pantsir Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulduğu, qalanlarının isə elektron vasitələrlə qarşısının alındığı qeyd edilib.

Açıqlamada raket hissələrinin düşməsi nəticəsində hərbçilərin yaralandığı, hava limanına aid 2 binaya, 3 hərbi avtomobilə və dayanacaqda olan mülki avtomobillərə ziyan dəydiyi ifadə edilib və əlavə edilib ki, bu mövzuda lazımi addımlar atılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu