Haitidə kriminal dəstənin hücumu nəticəsində 20 nəfər ölüb
Karib hövzəsi ölkəsi Haitidə bir binaya kriminal dəstənin hücumu nəticəsində 20 nəfər həyatını ölüb.
Silahlı dəstə paytaxt Port-o-Prinsin Petite Riviere məhəlləsindəki binaya basqın edib.
Hücum zamanı aralarında uşaqların da olduğu 20 nəfər ölüb.
Haiti polisi hücuma görə Luckson Elan adlı kriminal dəstəni məsul tutaraq, hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.
Hadisə şahidlərindən biri İspaniyanın EFE xəbər agentliyinə verdiyi açıqlamada hücumda ən azı 20 nəfərin yatarkən öldürüldüyünü bildirib.
Qeyd edək ki, Haitidə həftəsonu dəstə hücumları nəticəsində 187 nəfər həyatını itirib.