Çin milli komandasının keçmiş baş məşqçisi 20 il müddətinə azadlıqdan məhrum edilib


Çinin futbol üzrə milli komandasının keçmiş məşqçisi Li Ti rüşvətxorluq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.



Hubey əyalətində baxılan işdə məhkəmə Linin 2019-2021-ci illərdə milli komandanın baş məşqçisi olduğu zaman müəyyən klublardan müəyyən oyunçuları seçib oynatmaq müqabilində 50 milyon yuan təxminən 6,8 milyon dollar rüşvət aldığını bildirib.

Milli komandanın baş məşqçisi olmaq üçün 3 milyon yuan təxminən 410 min dollar rüşvət verdiyi bildirilən Li 20 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş futbolçu olan Li Çində başlayan futbolçu karyerasında İngiltərənin “Everton” və “Şeffild Yunayted” klublarında çıxış edib.

Çin Milli Futbol Komandasında da çıxış edən Li 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Çin yığmasının heyətində yer alıb.

2019-cu ildə Çin Milli Futbol Komandasının baş məşqçisi təyin olunan Li komandanın 2022-ci il dünya çempionatının seçmə qrupunda uğursuz çıxışı və Qətər kubokunda iştirak edə bilməməsi səbəbindən istefaya göndərilib.

Li Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi İntizam Təhqiqat Komissiyasının idman sahəsində apardığı korrupsiya araşdırması çərçivəsində həbs edilən ilk şəxslərdən biri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu