"OpenAI"nin keçmiş əməkdaşı Suçir Balaji evində ölü tapılıb


"OpenAI"də tədqiqatçı kimi çalışan və 2024-cü ilin əvvəlində işini tərk etdikdən sonra süni intellekt sistemlərinin inkişafı zamanı ABŞ-ın müəllif hüququ qanunlarının pozulduğu barədə açıqlamalar verən 26 yaşlı Suçir Balaji evində ölü tapılıb. Balajinin ölüm səbəbini açıqlayan səlahiyyətlilər hadisənin intihar nəticəsində baş verdiyini bildiriblər.



2024-cü ilin əvvəlində "OpenAI"dəki vəzifəsini tərk edən tədqiqatçı Suçir Balaji noyabrın 26-da San Fransiskodakı evində ölü tapılıb. Mövzu ilə bağlı açıqlama verən səlahiyyətlilər gənc tədqiqatçının intihar nəticəsində öldüyünü açıqlayıb.

San-Fransisko Baş Tibbi Ekspertiza Ofisinin direktoru David Serrano Sevellin CNBC-yə verdiyi açıqlamaya görə, gənc tədqiqatçının evində ilkin müayinələr zamanı cinayət elementləri aşkar edilməyib.

"ChatGPT" kimi süni intellekt sistemlərinin inkişafı zamanı ABŞ-ın müəllif hüquqları qanunlarının pozulduğunu iddia edən Balaji bu açıqlamaları ilə böyük səs-küy yaradıb və açıqlamaları "The New York Times" qəzetində dərc olunub. Balaji mətbuata verdiyi açıqlamada “Mənim inandıqlarıma inanırsansa, şirkətdən ayrılmalısan” demişdi.

Gənc tədqiqatçının ölümü bir daha qanun pozuntuları və süni intellekt sistemlərinin yaratdığı mənfi iqtisadi təsirlərlə bağlı suallar doğurub. Balajinin ölümündən sonra "OpenAI" rəsmiləri açıqlama verərək bu kədərli xəbərin onlara çox pis təsir etdiyini qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu