16 yaşlı oğlan ailəsinin 4 üzvünü qətlə yetirdi


ABŞ-ın Nyu Meksiko ştatında yaşayan 16 yaşlı yeniyetmə ailəsinin 4 üzvünü öldürdüyü qətl ittihamı ilə üz-üzədir. Nyu Meksiko ştatının polisi bildirib ki, şübhəli Dieqo Leyva sərxoş vəziyyətdə səlahiyyətlilərə təslim olub.



Leyva gecə saatlarında səlahiyyətlilərə zəng edərək ailəsini öldürdüyünü deyib. Polis hadisə yerinə gələndə Leyva əllərini havaya ataraq son dərəcə sərxoş vəziyyətdə evdən çıxıb. Evə baxış zamanı mətbəx masasının üzərindən tapança və ailənin 4 üzvünün meyiti aşkarlanıb.

Nyu Meksiko əyalət polisi Leyvanın dörd qətl ittihamı ilə həbs edildiyini və yetkinlik yaşına çatmış kimi mühakimə olunmaq üçün həbsxanaya göndərildiyini açıqlayıb.

Leyvanın saxlandığı müddətdə spirtli içkidən təmizlənmək üçün xəstəxanaya aparıldığı, hadisə ilə bağlı daha çox məlumat toplanmağa çalışıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu