Pentaqon Suriyada 2 min ABŞ əsgərinin olduğunu açıqlayıb
Pentaqonun sözçüsü general-mayor Patrik Rayder ABŞ-ın Suriyadakı hərbi varlığı ilə bağlı açıqlama verib.
Rayder Suriyadakı ABŞ əsgərlərinin sayının əvvəllər açıqlanandan çox, 2 min ABŞ əsgərinin olduğunu bildirib.
Rayder “Biz müntəzəm olaraq Suriyada 900 ABŞ əsgərinin olduğunu bildiririk. Lakin bu yaxınlarda bu rəqəmin daha çox olduğunu və Suriyada 2 min ABŞ əsgərinin olduğunu öyrəndik" deyib.
Rayder əlavə edib ki, əlavə 1100 əsgər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında dəyişən missiya ehtiyaclarını ödəmək üçün yerləşdirilən və ümumiyyətlə 30 ilə 90 gün ərzində sahədə olan müvəqqəti rotasiya qüvvələri hesab olunur.
Rayder digər 900 əsgərin adətən 9-12 aya qədər davam edən uzunmüddətli təyinatlarda əsas aktivlər hesab edildiyini vurğulayıb və şəxsi heyətin sayında belə dalğalanmaların tez-tez baş verdiyini, Bəşər Əsəd rejiminin dekabrın 8-də devrilməsindən sonra əlavə qüvvələrin xidmətdə olduğunu qeyd edib.