Əsədin xanımı boşanmaq üçün məhkəməyə müraciət edib - o, Rusiyada yaşamaq istəmir


Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd 24 illik evliliyindən sonra ondan boşanmaq qərarına gəlib.


AFN.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, Əsma Əsəd bu qərarı Rusiyaya köçdükdən sonra verib: "Ona görə ki, buradakı həyat onu qane etmir".

Mənbə bildirir ki, Əsma Əsəd artıq Rusiya məhkəməsinə müraciət edib və onun gələcək planlarına Moskvanı tərk edərək vətəninə köçmək üçün icazə almaq daxildir.

Suriyanın keçmiş rəhbərinin həyat yoldaşının Böyük Britaniyanın London şəhərindən olduğu məlum olub. Hazırda məhkəmə müraciətə baxır, yekun qərar hələ verilməyib.



Bəzi Türkiyə KİV-ləri qeyd edir ki, Əsma xanımın istəyi Rusiya paytaxtında daimi nəzarətdə olması və ciddi məhdudiyyətlərlə üzləşməsi ilə bağlıdır. Jurnalistlər yazır ki, Əsədə Moskvanı tərk etmək və hər hansı siyasi fəaliyyətlə məşğul olmaq qəti qadağan edilib. Bu iddialara cavab olaraq Kreml məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Cütlüyün birlikdə üç övladı var: oğulları Hafiz və Kərim və qızı Zain. Onların hamısı yetkinlik yaşına çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu