Həkimlər Esma Əsədin sağ qalma şansının 50 faiz olduğunu açıqlayıb

İngiltərə mətbuatında yer alan xəbərdə Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin leykemiya ilə mübarizə apardığı və sağ qalma şansının 50 faiz olduğu bildirilib.
Esma Əsəd boşanmaq istədiyi iddialarından sonra səhhətinin vəziyyəti ilə gündəmə gəlib. İngiltərə mətbuatında çıxan xəbərdə may ayında diaqnoz qoyulan və müalicə olunan Əsədin yenidən leykoz xəstəsi olduğu bildirilib. Xəbərə görə, həkimlər ağır xəstəliyi olan Əsədin sağ qalma şansının 50 faiz olduğunu açıqlayıb.
Mətbuata danışan başqa bir mənbə isə Əsədin həyat yoldaşının ölmək üzrə olduğunu bildirib.
Xəbərdə Esma Əsədin rejimin devrilməsindən sonra sığındıqları Rusiyanın paytaxtı Moskvada təcrid olunduğu və müalicəsinin davam etdiyi bildirilib. Əsədin inqilabdan əvvəl Rusiyaya müalicə almaq üçün getdiyi iddia edilirdi.
Qeyd edək ki, Esma Əsədə 2018-ci ildə döş xərçəngi diaqnozu qoyulub və 2019-cu ilin avqustunda xərçəngə qalib gəldiyini açıqlanıb.
Mənbə: İHA