Alp dağlarında itən iki alpinistdən birinin cəsədi tapılıb

Yanvarın 1-dən bəri xəbər alınmayan iki britaniyalı alpinistdən birinin meyiti İtaliya Alp dağlarında tapılıb.
İtaliyanın Alp Xilasetmə Xidməti yanvarın 1-dən bəri Trento yaxınlığındakı Adamello dağlarında səyahətə çıxan ingilis alpinistlər Aziz Ziriat və Sam Harrislə bağlı açıqlama verib.
Açıqlamada alpinistlərdən birinin cəsədinin telefon qeydlərindən istifadə edilərək tapıldığı bildirilib.
Digər alpinistin axtarış-xilasetmə işlərinin davam etdiyi, əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyi qeyd edilib.
Komandaların tapdığı cəsədin hansı alpinistə aid olduğu hələ müəyyən edilməyib.