Kaliforniyanın son 40 ildəki ən böyük şəhər ərazisi yandı


ABŞ-ın Kaliforniya ştatında keçən həftə baş verən və hələ də yanmaqda olan iki meşə yanğını 1980-ci illərdən bu yana bütün digər yanğınlardan daha çox yaşayış məntəqəsini külə çevirib.



"Associated Press" (AP) tərəfindən Madisondakı Viskonsin Universitetinin Silvis Laboratoriyasından alınan məlumatların təhlili, Kaliforniyanın Los-Anceles sərhədindəki şəhər ərazisinin Palisades və İton bölgələrində yanğınların səbəb olduğu dağıntıların miqyasını ortaya qoyub.

Təhlillərə görə, Los-Ancelesin Palisades və İton bölgələrində təxminən 10 gün davam edən yanğınlarda məhv olan şəhər ərazisi 1980-ci illərin ortalarından bəri ştatda baş verən hər hansı yanğından daha böyükdür.

Son 40 ildə Kaliforniyada digərlərindən daha çox şəhər ərazisini yandırmış kimi görünən hazırkı yanğınlar, Sakit Okeandan əsən güclü və davamlı küləklərin təsiri altında daha da böyüyür və daha çox ev və müəssisəni alovlar içində qoyur.

Ölçmələrə görə, Palisades və İton yanğınları Los-Ancelesin sıx məskunlaşdığı ərazilərdə təxminən 10,36 kvadrat kilometr (4,36 kvadrat mil) yaşayış sahəsini yandırıb.

Bu miqdar 2018-ci ildə regionda Vulsi yanğını nəticəsində məhv olan şəhər ərazisindən iki dəfə çoxdur.

Qeyd edək ki, Los-Ancelesin Sakit Okean Palisades bölgəsində yanvarın 7-də səhər saatlarında başlayan və başda İton, Harst, Sanset və Vudley bölgələri olmaqla ətraf ərazilərə sürətlə yayılan meşə yanğınlarında bu günə qədər ən azı 25 nəfər həyatını itirib.

Minlərlə hektar ərazini külə çevirən yanğınların vurduğu ümumi zərər və iqtisadi itki 250-275 milyard dollar arasında qiymətləndirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu