Gürcüstan bu il NATO ilə hərbi təlimlər keçirməyi planlaşdırır
Bu il Gürcüstan və NATO arasında hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
Bu barədə ölkənin Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Planlaşdırılan təlimlər ölkənin Müdafiə Nazirliyinin nümayəndələri ilə Tbilisidə işgüzar səfərdə olan NATO Birgə Qüvvələr Təlim Mərkəzinin komandanı Boqdan Ritzerski arasında keçirilən görüşdə müzakirə olunub.
“Görüşdə Gürcüstanda keçirilməsi planlaşdırılan NATO-Gürcüstan 2025 təlimləri müzakirə olunub. Tədris mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlıq qeyd olunub.
Şimali Atlantika Alyansının lideri Mark Rutte bildirib ki, alyans indi müharibə zamanı düşüncə tərzinə keçməlidir. O, NATO müttəfiqlərinin son zamanlar müxtəlif məsələlərin həlli üçün müdafiəyə investisiyalarını artırdıqlarına diqqət çəkərək, hərbi təlimlərin də tez-tez keçirildiyini qeyd edib.