Kolumbiyada silahlı toqquşmalarda ölənlərin sayı 80-ə çatıb


Kolumbiyada silahlı üsyançı qrup Milli Azadlıq Ordusu (ELN) ilə keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 33-cü Cəbhəsi arasında baş verən toqquşmalarda ölənlərin sayı 80-ə çatıb.


Şimali Santander qubernatoru Uilyam Villamizar mətbuata verdiyi açıqlamada toqquşmalar səbəbiylə üzücü xəbərlərin gəlməyə davam etdiyini, 80-dən çox adam öldüyünü və 20 nəfərin yaralandığını deyib.

Mülki əhalinin qarşıdurmanın ortasında qaldığını vurğulayan Villamizar, humanitar dəhlizin bir an əvvəl açılması lazım olduğunu vurğulayıb.

Villamizar uşaqların, gənclərin, ailələrin münaqişənin qurbanına çevrilməmək üçün maşınlarda, motosikletlərdə, tapdıqları hər vasitə ilə münaqişə bölgəsindən qaçmağa çalışıdığını bildirib.

Yerli medianın məlumatına görə, ordu üzvləri əməliyyatlar zamanı ELN tərəfindən öldürülmək istəyən bəzi icma liderlərini xilas edə bilib.

Xəbərlərdə qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanların sayının 10 mini keçdiyi bildirilib.

Bu arada qubernatorluq təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək yanvarın 20-dən Katatumbo bölgəsindəki bütün məktəbləri bağlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu