Kolumbiyada silahlı hücumda 4 əsgər həyatını itirib


Kolumbiyada əməliyyat keçirən əsgərlərə silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib.


Müdafiə Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri Narino inzibati rayonunun Cumbitara şəhərinin kənd ərazisində qanunsuz silahlı birləşmələrə qarşı əməliyyat keçirib.

Açıqlamada qarşıdurmada 4 əsgərin öldüyü, bölgəyə əlavə qüvvələrin göndərildiyi və əməliyyatın davam etdiyi bildirilib.

Kolumbiya mətbuatının məlumatına görə, hücumu tərksilah edilməyən keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı Estado Mayor Central (EMC) həyata keçirib.

Kolumbiya Müdafiə Nazirliyi həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu