İraqda qızlar üçün evlilik yaşı doqquza endirilə bilər


İraq parlamenti ailə məcəlləsinə nikah yaşının oğlanlar üçün 18-dən 15-ə, qızlar üçün isə 9-a endirilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib.


"Rudaw" telekanalı xəbər verir ki, düzəlişlər bir çox deputatın əleyhinə çıxış edən digər iki qanun layihəsi ilə birlikdə vahid paket kimi qəbul edilib.

Bildirilir ki, İraqın Qanunvericilik Palatasının spikeri Mahmud əl-Məşhədani eyni vaxtda üç qanun layihəsi üzrə səsvermənin keçirildiyini və lehinə səslərin kifayət qədər olmamasına baxmayaraq, səsvermənin baş tutduğunu elan edib. Telekanal qeyd edir ki, bu, özlüyündə qeyri-legitim addımdır. İclasda iştirak edən deputatlardan biri iddia edib ki, üç qanun layihəsinin lehinə cəmi üç-dörd nəfər səs verib.

"Rudaw" ilə söhbətində deputat həmçinin qeyd edib ki, bir çox parlamentarilər spikerin hərəkətlərinə etiraz olaraq iclas zalını tərk ediblər, lakin qalan deputatlar əsasən əl-Məşhədani tərəfindən elan edilmiş düzəlişlərin siyahısını təsdiqləməkdən imtina ediblər və bu, başçının çıxışına mane olmayıb. Bundan dərhal sonra bir qrup İraq parlamentarisi spikerin istefasını tələb edən petisiya imzalayıb, onlardan bəziləri ötən sessiyanın konstitusiyaya uyğunluğuna etiraz etməyi planlaşdırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu