ABŞ-da 2024-cü ildə rekord sayda mağaza bağlanıb


2024-cü ildə ABŞ-da "Macy's" və "Party City" kimi böyük pərakəndə satış şirkətlərinin 7325 mağazası bağlanıb.


"Amerikanın Səsi" xəbər verir ki, bu, pandemiyanın başlanğıcında 10,000-ə yaxın mağazanın qapılarını bağladığı 2020-ci ildən bəri ən yüksək rəqəmdir.

"Coresight" analitik şirkətinin məlumatlarına görə, tendensiya 2025-ci ilin əvvəlinə kimi davam edir, 1925 mağaza artıq bağlanıb. Şirkət ilin sonuna qədər bağlanan satış məntəqələrinin ümumi sayının təxminən 15 minə çatacağını proqnozlaşdırır.

Eyni zamanda "Amazon", "Costco" və "Walmart" kimi iri pərakəndə satış şirkətləri pərakəndə satış bazarındakı paylarını artırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu