NATO və Danimarka Arktikanın müdafiəsini gücləndirmək barədə razılığa gəliblər - KİV


NATO-nun baş katibi Mark Rutte və Danimarkanın baş naziri Mette Frederiksen Arktikada müdafiələrini gücləndirməyə diqqət ayırmaları barədə razılığa gəliblər.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında keçirilən görüşdə razılıq əldə edilib.

“Onlar razılaşdılar ki, bütün müttəfiqlər bu səydə rol oynamalıdırlar”, - deyə görüş haqda məlumatlı mənbə bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olmasında maraqlı olduğunu bildirib. O, Danimarkanı Qrenlandiyanı təslim etməyə inandırmaq üçün hərbi və ya iqtisadi gücdən istifadə etməyi istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu