ABŞ-da "sirli" dronların uçuşuna FAA icazə verib
Keçən il ABŞ-da mübahisələrə səbəb olan "sirli" pilotsuz təyyarələrin bir çoxunun Federal Aviasiya Administrasiyasının (FAA) səlahiyyətləri altında uçduğu məlum olub.
Ağ Evin sözçüsü Karolin Livit 2024-cü ilin son aylarında şimal-şərq əyalətlərində, xüsusilə Nyu Cersi və Nyu Yorkda görülən "sirli" pilotsuz təyyarələrlə bağlı məlumat verib.
Livit FAA-nın Nyu Cersidə görülən dronlara uçuş məqsədi ilə icazə verdiyini söyləyib və məsələnin maraqdan böyüdüyünü qeyd edib.
Digər ölkələrin pilotsuz təyyarələr uçması ehtimalı ilə bağlı Livit “Bu bir düşmən deyildi" deyib.